Cümhuriyyət Xalq Partiyasının (CHP) 39-cu növbədənkənar qurultayının keçirilmə tarixi müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, partiya sədrini yenidən seçəcək böyük qurultay noyabrın 28-30-da Ankarada baş tutacaq.
Məlumata görə, qurultayın ilk günündə partiyanın yeni proqramı səsverməyə çıxarılacaq, ikinci və üçüncü günlərdə isə müvafiq olaraq sədr, Partiya Məclisi və Yüksək İntizam Şurası seçkiləri keçiriləcək.
Qeyd edək ki, Özgür Özəl yenidən sədrliyə namizəd olmaq üçün imza toplamayacaq.
Əli Hüseynov
Bakı 


