• Bakı 10° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI

SİYASƏT

24 Oktyabr 2025 | 11:31

Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə ermənistanlı həmkarı Alen Simonyanla görüşündən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Sahibə Qafarova deyib ki, görüş Parlamentlərarası İttifaq (PAİ) çərçivəsində 3-cü görüşdür.

    “Oktyabrın 21-də Cenevrədə Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşümüz oldu. Bu, Parlamentlərarası İttifaq çərçivəsində 3-cü görüş idi. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılıqların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin əhəmiyyəti vurğulandı. Konstruktiv dialoqun davamı etdirilməsinin vacibliyi qeyd edildi”, - deyə Sahibə Qafarova bildirib.

    Qeyd edək ki, oktyabrın 21-də Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR