Milli Məclis Ali Məhkəməyə hakimlərin təyin edilməsini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
Layihəyə əsasən namizədliyi irəli sürülən hakimlər Cəmilova Xəyalə Adil qızı və Hüseynov Zaur Nazim oğlunun vəzifələri dəyişdirilərək Ali Məhkəmənin hakimləri təyin ediliblər.
Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Bakı 


