Vətən müharibəsi qəhrəmanı, Azərbaycanın Türkiyədəki hərbi attaşesi, general-mayor Zaur Zeynalovun nadir fotosu yayılıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəkil qəhrəman zabitin Vətən müharibəsində iştirakı dövründə çəkilib.
Fotoda Zaur Zeynalovun üz-gözü saqqallıdır, hərbi geyimdə, döyüş şəraitində təsvir olunub. Görüntülər onun ön cəbhədə iştirak etdiyi gərgin döyüş günlərindən birinə aiddir.
Qeyd edək ki, Zaur Zeynalov 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilib.
Görüntüləri təqdim edirik.
Əli Hüseynov
Bakı 



