• Bakı 18° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq" - Tokayev

DÜNYA

24 Sentyabr 2025 | 00:06

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq - Tokayev

Biz Birləşmiş Ştatlar Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatda çıxışı zamanı deyib.

“Bu onu göstərir ki, hətta köklü münaqişələr də diplomatiya və sağlam düşüncə yolu ilə həll edilir. Bu prinsipi rəhbər tutan Qazaxıstan ardıcıl olaraq diplomatiyaya, gərginliyin azaldılmasına və gücdən daha çox dialoqa üstünlük verir”, - deyə o əlavə edib.


SON XƏBƏRLƏR

23 Sentyabr 2025