• Bakı 18° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Azərbaycan və Albaniya arasında birinci siyasi məsləhətləşmələr keçirilib

SİYASƏT

24 Sentyabr 2025 | 01:33

Azərbaycan və Albaniya arasında birinci siyasi məsləhətləşmələr keçirilib

23 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası və Albaniya Respublikası arasında birinci siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Albaniya Respublikasının nümayəndə heyətinə Avropa və xarici işlər nazirinin müavini Endrit Yzeiraj rəhbərlik edib.

İclas zamanı Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində olan məsələlər, eləcə də siyasi, iqtisadi və humanitar sahələrdə mövcud əməkdaşlığın hazırkı durumu və gələcək inkişaf imkanları ətraflı müzakirə olunub.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud səmərəli əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Qarşı tərəfə münaqişədən sonrakı dövrdə bölgədəki vəziyyət və yeni reallıqlar, mina təhlükəsi ilə mübarizə istiqamətində görülən tədbirlər, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat təqdim olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər qlobal, regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

23 Sentyabr 2025