• Bakı 21° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Pedaqoji Universitetdə yeni oxu zalı yaradıldı - FOTO

CƏMİYYƏT

23 Sentyabr 2025 | 14:54

Pedaqoji Universitetdə yeni oxu zalı yaradıldı - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai Təhsil Fakültəsində fəaliyyət göstərən kitabxana rektor Cəfər Cəfərovun təşəbbüsü ilə yenidən bərpa olunaraq elmi və bədii nəşrlərlə zənginləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, tələbələrin ixtiyarına verilən oxu zalında onların sakit və rahat bir mühitdə kitab, dövri mətbuat və digər materialları oxuması üçün bütün şərait yaradılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzinə direktoru Zinharə Həsənovanın verdiyi məlumata görə, kitabxanada müxtəlif xarici dillərdə nəşrlər yer alıb. Kitablar əsasən elmi ədəbiyyət, ixtisas kitabları, bədii ədəbiyyat və tədrisə uyğun digər nəşrlərdən ibarətdir.

Zinharə Həsənova gələcəkdə oxu zalında kitab təqdimatlarının, müəlliflərlə görüşlərin və sərgilərin təşkil ediləcəyini bildirib.

İbtidai Təhsil Fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova və fakültə əməkdaşları yenidən bərpa olunan kitabxana ilə tanış olublar.

Dekan bildirib ki, kitabxana fakültənin elmi və tədris fəaliyyətində mühüm rol oynayır və tələbələr üçün bilik məkanı olmaqla yanaşı, onların intellektual inkişafına da töhfə verəcək.

Universitet rəhbərliyinin iştirakı ilə yaxın günlərdə kitabxananın açılışı olacaq.


SON XƏBƏRLƏR

22 Sentyabr 2025