• Bakı 14° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Zelenskidən MESAJ: “Çin Rusiyanı dayanmağa məcbur edə bilər”

DÜNYA

24 Sentyabr 2025 | 08:00

Zelenskidən MESAJ: “Çin Rusiyanı dayanmağa məcbur edə bilər”

Ukrayna prezidenti Vladimir Zelenskiı Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasında Donald Trampla görüşüb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Zelenski amerikalı həmkarnın  Kiyevin Moskvaya qalib gəlməyə qadir olduğunu təxmin etməsini alqışlayıb:

"Trampın bu bəyanatı böyük dönüş nöqtəsidir. O, vəziyyəti aydın başa düşür və bu müharibənin bütün aspektləri haqqında yaxşı məlumatlıdır".

Bundan başqa Zelenski BMT Təhlükəsizlik Şurasında bəyan edib ki, Çin Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur edə bilər:

"Çinsiz Putinin Rusiyası heçdir. Bununla belə, Çin çox vaxt sülh naminə hərəkət etmək əvəzinə süst, susqun və məsələdən uzaq durur".

Aydın Baxış


SON XƏBƏRLƏR

08 Noyabr 2025