Amerika prezidenti Donald Trampın iki Rusiya neft şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar düzgün istiqamətdə gedir”
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib. O qeyd edib ki, bu addım Rusiyanın müharibə səylərinin maliyyələşdirilməsinə böyük zərbə vuracaq :Makron Brüsseldə Avropa Şurasının yekunlarına dair mətbuat konfransı zamanı bəyan edib: "Bu, indicə qəbul etdiyimiz sanksiyaları və bir sıra digər aktorlara edilən təzyiqlərlə birlikdə öz təsirini göstərəcək əsl dönüş nöqtəsidir".
Qeyd edək ki, ABŞ-nin Rusiyanın neft şirkətləri "Rosneft" və "Lukoyl"a qarşı tətbiq etdiyi yeni sanksiyaların ardınca bu gün ilk Asiya ticarətində neft qiymətləri təxminən 3% bahalaşıb.
Aydın Baxış
Bakı 


