• Bakı 22° C

    8.43 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Starmer Trampla Ukraynada sülh planını müzakirə edib

DÜNYA

22 Noyabr 2025 | 23:00

Starmer Trampla Ukraynada sülh planını müzakirə edib

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Tərəflər ABŞ-nin Ukraynadakı münaqişənin həlli planını müzakirə edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sky News" Baş nazirin ofisinin sözçüsünə istinadən məlumat yayıb.

Qeyd edilib ki, liderlər noyabrın 23-də Cenevrədə keçiriləcək görüşdə danışıqlar aparan qruplarına Ukrayna planının müzakirəsini davam etdirməyi tapşırıblar. Əlavə olunur ki, Trampla söhbətindən əvvəl Starmer Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edib. Britaniya Baş nazirinin sözçüsü bildirib edib ki, Starmer və Tramp noyabrın 23-də yenidən telefon danışığı keçirəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026