"Fransa prezidenti Emmanuel Makron Rusiya ilə Səkkizlər Qrupu (G8) çərçivəsində əməkdaşlığa qayıtmağa qarşı çıxıb və belə bir qayıdış üçün şəraitin hazırda mövcud olmadığını hesab edib".
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Yohannesburqda keçirilən G20 sammiti çərçivəsində jurnalistlərə bildirib.
"Rusiyanın G8-ə qayıtması üçün şərtlər bu gün yerinə yetirilməyib. Bundan başqa, format bütün iştirakçıların yekdil razılığından asılıdır", - o deyib.
Makron əlavə edib ki, Fransa 2026-cı ildə G7-yə sədrlik edəndə bu məsələ ilə bağlı "başqalarına nə etməli olduğunu diqtə etməyəcək".
Eyni zamanda, dövlət başçısı Braziliya, Hindistan, Çin və Cənubi Afrikanı xatırladaraq, bu assosiasiyaya daxil olmayan ölkələrlə sıx əməkdaşlıq edərək “Fransız G7-ni qurmaq” niyyətini ifadə edib.
Bakı 



