İyirmilik Qrupunun (G20) Yohannesburqda keçirilən sammitində qəbul edilmiş bəyannamə çoxqütblü dünyanın uğurunu əks etdirir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti və sammitin sədri Siril Ramafosa sammit iştirakçıları üçün təşkil olunan ziyafətdə deyib.
"Bir neçə saat əvvəl biz daha yaxşı, daha bərabər və davamlı dünya qurmaq üçün genişmiqyaslı tədbirləri nəzərdə tutan Sammit Liderlərinin Bəyannaməsini qəbul etdik", - Ramafosa bildirib.
Cənubi Afrika Prezidenti bu ümumi baxışın həyata keçirilməsinə konstruktiv töhfələrinə görə bütün ölkələrə minnətdarlığını bildirib.
Bakı 



