Böyük Britaniya kralı III Çarlzın qardaşı, tituldan məhrum edilmiş keçmiş şahzadə Endryu haqqında yeni qalmaqallı məlumatlar üzə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə kral ailəsinin keçmiş təhlükəsizlik əməkdaşı Pol Peyc “Daily Mirror”a müsahibəsində deyib.
O, Endryunun Bukingem sarayına dəfələrlə eskortlar gətirdiyini və şəxsi otaqlarında onlarla vaxt keçirdiyini iddia edib.
Peyc bildirib ki, 1998-2004-cü illərdə növbələrinin birində təhlükəsizlik xidmətinə taksinin saraya heç bir yoxlamasız buraxılması göstərişi verilib:
“Lakin polis əməkdaşları maşını saxladıqda içəridə Endryu və qısa ətəkli, açıq geyimli iki qadının olduğunu görüblər. Onların sərxoş və şahzadə ilə səmimi davranışları diqqət çəkib”.
Keçmiş mühafizəçi həmkarlarının da həmin qadınların məhz eskort olduğunu düşündüyünü bildirib.
Qeyd edək ki, şahzadə Endryu illərdir azyaşlı qızlara qarşı cinsi zorakılıqda ittiham olunur. Bu hadisədən sonra o, kral ailəsinin rəsmi öhdəliklərindən uzaqlaşdırılıb və titullarının çoxundan məhrum edilib.
Bakı 



