• Bakı 13° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Türkiyənin COP31-ə ev sahibliyi edəcəyi təsdiqlənib

DÜNYA

23 Noyabr 2025 | 00:42

Türkiyənin COP31-ə ev sahibliyi edəcəyi təsdiqlənib

Türkiyə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, bütün tərəflər COP31 Tərəflər Konfransının gələn il Türkiyədə keçirilməsi, COP31-in sədrliyini Ankaranın, danışıqlara isə Avstraliyanın sədrlik etməsi ilə bağlı razılığa gəliblər.

BMT-nin rəhbərliyi ilə 2026-cı ilə planlaşdırılan danışıqların qlobal iqlim gündəliyinin müzakirələri Antalyada baş tutacaq.

Konsensus mətni Türkiyənin də daxil olduğu Birləşmiş Millətlər Təşkilatı yanında Qərbi Avropa və Digərləri qrupu tərəfindən təsdiqlənib. COP31-ə hazırlıq üzrə əsas müzakirələr Avstraliyada keçiriləcək və onların mövzusu iqlim maliyyəsi və Sakit okean ölkələri ilə ətraf mühit həmrəyliyi olacaq.

Baş Assambleyasında çıxış edən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum üzv ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edib.


SON XƏBƏRLƏR

22 Noyabr 2025