• Bakı 12° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Çikaqoda atışma nəticəsində bir nəfər öldü - YENİLƏNİB

DÜNYA

22 Noyabr 2025 | 23:47

Çikaqoda atışma nəticəsində bir nəfər öldü - YENİLƏNİB

Çikaqoda (ABŞ) bayram şənlikləri zamanı baş verən atışmada 14 yaşlı yeniyetmə həlak olub, daha səkkiz nəfər yaralanıb.

Bakıvaxtı.az "ABC News"a istinadən xəbər verir ki, bu barədə Çikaqo polisi məlumat yayıb.

Qeyd olunur ki, insident ümumşəhər Milad şamının işıqlandırılması mərasimindən sonra baş verib.

"Saat 22:40 radələrində polis əməkdaşları South Dearborn Street-in 100-cü kvartalında atışma ilə bağlı çağırışa gedərək iki nəfərin odlu silah yarası aldığını müəyyən ediblər. Çoxsaylı güllə yarası alan 14 yaşlı oğlan xəstəxanada ölüb. İkinci zərərçəkmiş – 18 yaşlı gənc ayağından güllə yarası alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib", – məlumatda bildirilib.

Bundan təxminən bir saat əvvəl patrul əməkdaşları North State Street-in 100-cü kvartalında Çikaqo teatrının yaxınlığında böyük bir qrup arasında atışma qeydə alıblar.

"Məkan dərhal nəzarətə götürülüb və yeddi nəfərin odlu silah yarası aldığı müəyyən edilib", – məlumatda qeyd olunub.

Qeyd olunub ki, yaralıların hamısı yerli xəstəxanalara çatdırılıb. Polis məlumatına əsasən, altı nəfərin vəziyyəti qənaətbəxşdir, bir nəfərin isə orta-ağırdır.

***

22:55

ABŞ-nin Çikaqo şəhərinin mərkəzində Milad ağacının işıqlandırılması mərasimindən sonra baş verən atışmada yeddi nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.

"Polis cümə axşamı Çikaqonun mərkəzində baş verən atışmada azı 7 nəfərin yaralandığını bildirib. Atışma şəhərin Milad ağacının işıqlandırılması mərasimindən sonra baş verib", - telekanal bildirib.


SON XƏBƏRLƏR

22 Noyabr 2025