İsrail Müdafiə Qüvvələri (SAXAL) yaraqlıların atəşkəsi pozmasına cavab olaraq Qəzza zolağında beş yüksəkvəzifəli HƏMAS komandirini öldürüb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Baş nazir Benyamin Netanyahu verib.
"Bu gün HƏMAS İsrailin nəzarətində olan əraziyə bir terrorçu göndərərək atəşkəsi yenidən pozub. Buna cavab olaraq, İsrail beş yüksəkvəzifəli HƏMAS terrorçusunu öldürüb", - Netanyahu bəyan edib.
"İsrail atəşkəsə tam şəkildə əməl edir, amma HƏMAS əməl etmir", - deyə o əlavə edib.
Netanyahunun sözlərinə görə, atəşkəs müddətində onlarla HƏMAS terrorçusu İsrail sərhədlərini keçərək ölkə qoşunlarına hücum edib.
Bakı 



