• Bakı 18° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Belçika 210 milyard Rusiya aktivini Ukraynaya verəcəkmi? - Zelenski təlaş içində

DÜNYA

24 Oktyabr 2025 | 07:52

Belçika 210 milyard Rusiya aktivini Ukraynaya verəcəkmi? - Zelenski təlaş içində

Ukrayna 140 milyard avroluq kreditin maliyyələşdirilməsi üçün ərazisində dondurulmuş Rusiya aktivlərinin  istifadəsi ilə bağlı  Avropa İttifaqından  müsbət qərar alacağına ümid edir.

akıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti  Vladimir Zelenski  bildirib. O qeyd edib : "Ümid edirəm ki, onlar bu və ya digər şəkildə Ukraynaya bu vəsaitlərlə kömək etmək üçün müsbət siyasi qərar qəbul edəcəklər".

Qeyd edək ki, bu məsələ Rusiyanın Avropadakı aktivlərinin əsas hissəsinin, təxminən 210 milyard avronun yerləşdiyi ölkə olan Belçika üçün risksiz deyil. Belçika baş naziri Bart De Vever bəyan edib ki, əgər o, qoyduğu şərtlərdən razı qalmasa, bütün prosesi bloklayacaq.

Bu bəyanatdan narahat olan V.Zelenski söyləyib ki, dondurulmuş Rusiya aktivlərinin tam istifadəsi ilə bağlı qərarı gecikdirən hər kəs nəinki müdafiəmizi məhdudlaşdırır, həm də Aİ-nin özünün irəliləyişini ləngidir:

"Rusiya aktivləri ilə bağlı hərəkətə keçməyin vaxtıdır. Mən sizi hərtərəfli dəstək verməyə çağırıram".

Aydın Baxış


SON XƏBƏRLƏR

23 Oktyabr 2025