• Bakı 20° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Makrondan Rusiyaya SƏRT TƏNQİD: “Hücumu deyil, sülhü seç!"

DÜNYA

24 Sentyabr 2025 | 08:35

Makrondan Rusiyaya SƏRT TƏNQİD: “Hücumu deyil, sülhü seç!

Fransa Prezidenti Emanüel Makron Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasında çıxışı zamanı Rusiya-Ukryana münaqişəsinə toxunub.  Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki,

Makron BMT ölkələrinə müraciət edərək, bəyan edib:

“Rusiyanın təcavüzü qanunun aliliyi ilə güclülərin qanunu, azadlıq və imperializm mövzusunda əbədi sual doğurur. Ukrayna  müharibə istəmirdi, istəmir. Sülh istəyir. Fransa da sülh istəyir, avropalılar sülh istəyir, Amerika Birləşmiş Ştatları sülh istəyir. Ukraynanın təhlükəsizlik şəraitində yaşamaq və Rusiyanın yenidən ona hücum edəcəyindən qorxmamaq hüququ var. O, atəşkəsə hazırdır və danışıqları qəbul edir. İndi Rusiyanın üzərinə düşən odur ki, bu gün Ukrayna və NATO-ya üzv ölkələrə qarşı artan hücum taktikasını deyil, sülhü seçsin”.

Aydın Baxış


SON XƏBƏRLƏR

23 Sentyabr 2025