• Bakı 24° C

    1.84 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Ersin Tatar seçki manifestini açıqlayıb

DÜNYA

24 Sentyabr 2025 | 09:07

Ersin Tatar seçki manifestini açıqlayıb

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar 2025-ci il prezident seçkilərinin birinci turu üçün seçki manifestini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Lefkoşadakı Atatürk İdman Salonunda keçirilən təqdimatda ölkənin gələcək inkişaf strategiyası və “Görmə: Hücum Diplomatiyası” adlı kampaniya təqdim edilib.

Tədbirdə ŞKTC-nin yüksək vəzifəli rəsmiləri, partiya liderləri və parlament üzvləri iştirak ediblər. Tatar, federasiya danışıqlarının artıq başa çatdığını, yeni mərhələdə isə Kipr türklərinin iradəsini dünyaya göstərən aktiv diplomatiya dövrünün başladığını vurğulayıb.

O, səhiyyə, təhsil, enerji və turizm sahələrində layihələrini açıqlayaraq xalqın rifahını yüksəltməyə söz verib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026