• Bakı 20° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Ərdoğan Nyu Yorkda ABŞ beyin mərkəzlərinin nümayəndələri ilə görüşdü

DÜNYA

24 Sentyabr 2025 | 09:33

Ərdoğan Nyu Yorkda ABŞ beyin mərkəzlərinin nümayəndələri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak üçün səfərdə olduğu Nyu Yorkda ABŞ beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Toplantı SETA-nın koordinasiyasında "Türkevi"də baş tutub və mətbuata qapalı olub.

Görüşdə Türkiyənin bir sıra nazirləri, TBMM rəhbərliyi və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım iştirak edib.

Tədbirdə ABŞ beyin mərkəzləri ilə Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

Əli Hüseynov


SON XƏBƏRLƏR

23 Sentyabr 2025