"Bir gün əvvəl Vaşinqtonun Rusiya neft sektoruna qarşı tətbiq etdiyi sanksiyalar ciddidir, lakin bu, Rusiya iqtisadiyyatına əhəmiyyətli təsir göstərməyəcək" .
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. ABŞ prezidenti Donald Trampın Budapeştdə onunla planlaşdırılan görüşün təxirə saldığını elan etməsinə baxmayaraq, Putin dialoqu davam etdirməyə çağırıb. Eyni zamanda bir daha Amerikanın “Tomaqavk” raketlərinin Ukraynaya çatdırılmasına qarşı xəbərdarlıq edib.
V.Putin deyib: "Vaşinqtonun qəbul etdiyi sanksiyalar ciddidir və müəyyən nəticələrə səbəb ola bilər, lakin onlar bizim iqtisadi sağlamlığımıza ciddi təsir göstərməyəcək. ABŞ bu tədbirlərlə Rusiyanın iki neft nəhəngi olan "Rosneft" və "Lukoil"i hədəfə alır. Bu, Donald Trampın hakimiyyətə qayıtdıqdan sonra Rusiyaya qarşı tətbiq etdiyi ilk böyük sanksiyalardır. Bu Rusiyaya qarşı təzyiq cəhdidir. Ancaq özünə hörmət edən heç bir ölkə və ya xalq heç vaxt bu şəkildə qərar qəbul etməz. Rusiya neft məhsullarının dünya bazarında əvəzlənməsini mümkünsüzdür".
Rusila prezidenti onu da əlavə edib ki, Amerika bu kimi addımlardan imtina etsə, bunun əvəzinə gələcək perspektivlər, o cümlədən iqtisadi sahədə ciddi dialoqa başlasalar, o zaman Amerika və Rusiya arasında əməkdaşlıq üçün çoxlu sahələr var.
V.Putin həmçinin bir daha xəbərdarlıq edib ki, "Tomaqavk" raketlərinin Ukraynaya hər hansı tədarükü eskalasiya yaradacaq.
Aydın Baxış
Bakı 


