Rusiya Federasiyasının Buryatiya Respublikasında fast-fuddan zəhərlənənlərin sayı 159 nəfərdən 165-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mətbuat regional Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, zəhərlənənlər arasında 92 uşaq var.
Nazirlik əlavə edib ki, Respublika Klinik İnfeksiya Xəstəxanasına 82 nəfər yerləşdirilib, onlardan 32-si qənaətbəxş vəziyyətdə evə buraxılıb.
Kəskin bağırsaq infeksiyası əlamətlərinin müşahidə olunduğu ilk zərərçəkənlər oktyabrın 18-də axşam tibb müəssisəinə müraciət etməyə başlayıblar.
Bakı 


