• Bakı 18° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Rusiya ordusunun Ukraynadakı itkiləri 1 milyon 135 min nəfəri keçdi

DÜNYA

24 Oktyabr 2025 | 08:54

Rusiya ordusunun Ukraynadakı itkiləri 1 milyon 135 min nəfəri keçdi

Rusiya ordusunun ümumi döyüş itkilərinin 1 milyon 135 min 80 nəfərə çatdığı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Məlumata görə, son 24 saat ərzində Rusiya 910 hərbçisini itirib.

Bildirilib ki, Ukrayna qüvvələri həmçinin 11 min 283 tank, 23 min 458 zirehli döyüş maşını və 33 min 972 artilleriya sistemini məhv edib.

Bundan əlavə, 73 min 826 pilotsuz uçuş aparatı və 3 min 880 qanadlı raket sıradan çıxarılıb.

Ukrayna sərhədçiləri isə Cənubi Slobojanşina istiqamətində rus qüvvələrinin mövqelərini və texnikasını dron zərbələri ilə vurublar.

Əli Hüseynov


SON XƏBƏRLƏR

23 Oktyabr 2025