“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda səmərəli və məhsuldar görüşlər keçirir. Müzakirələr Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq şkalasında yüksələn məqamlarla bağlı məsələləri də qeyd edir”.
Bu barədə Bakıvaxtı.az-a analitik Aqşin Kərimov bildirib.
Analitik deyib ki, dövlətimizin başçısının BMT Baş Assambleyasındakı iştirakı Azərbaycanın xarici siyasət imkanlarını gücləndirməsini ABŞ maraqları ilə tutuşdurduğu ana təsadüf edir.
Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə BMT-də islahat aparılmasını təklif edib və ehtimalla bu, Vaşinqtonla strateji əlaqələr fonunda Donald Tramp administrasiyası tərəfindən diqqətə alınacaq:
“Bu, Bakı ilə Ağ Evin beynəlxalq təşkilatlara yanaşmadan tutmuş, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığa dair strateji konturlarını strukturlaşdırmağa imkan yaradacaq. Başqa yandan, Azərbaycanla ABŞ tutarlı bir konsepsiya hazırlamağa və ondan irəli gələcək vəzifələri icra etmək üçün ortaq strateji dəyər axtaracaq”.
Aqşin Kərimov: Əliyevin ABŞ səfəri dünya ölkələrinə Azərbaycanın regional geosiyasi üstünlüklərini qəbul etdirmək mexanizmlərinə fon verəcək
Müsahibimiz vurğulayıb ki, İlham Əliyevin səfəri Azərbaycanın maraqlarının BMT tribunasından yeni dünya nizamı fonunda irəliyə aparılmasını şərtləndirir. Gümanla İlham Əliyevin BMT-nin ali kürsüsündən səsləndirəcəyi tezislərin dərin qatları ABŞ Prezidenti Donald Trampın elan etdiyi məqsədlərlə üst-üstə düşəcək.
Aqşin Kərimov hesab edir ki, İlham Əliyevin çıxışları və ya apardığı müzakirələr, səsləndirdiyi tezislər Azərbaycanın milli təhlükəsizlik, regional maraqlar və beynəlxalq proseslərdəki yeri barədə kommunikasiya standartını Baş Assambleya çərçivəsində elan edir:
“Başqa yandan, İlham Əliyevin ABŞ-yə səfəri dünya ölkələrinə Azərbaycanın regional geosiyasi üstünlüklərini qəbul etdirmək mexanizmlərinə fon verəcək”.
Aydın Baxış