• Bakı 18° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Şimali Kiprin yeni prezidenti and içdi

SİYASƏT

24 Oktyabr 2025 | 13:33

Şimali Kiprin yeni prezidenti and içdi

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) 6-cı Prezidenti Tufan Erhürmanın andiçmə mərasimi keçirilib.

    Bakıvaxtı.az xəbər verir ki, Erhürmanı ŞKTC Cumhuriyyət Məclisinin sədri Ziya Öztürkler tərəfindən qarşılanıb, daha sonra Məclis Baş Assambleya zalına daxil olaraq prezidentlik andını oxuyub.

    Mərasimdə Türkiyə Prezidentinin köməkçisi Cevdət Yılmaz, ŞKTC Baş naziri Ünal Üstel, ŞKTC-nin 2-ci Prezidenti Mehmet Ali Talat, Ali Məhkəmə və Yüksək Seçki Qurumu sədri Bertan Özərdağ, Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçəri, Prezidentin həyat yoldaşı Nildan Bektaş Erhürman, eləcə də bürokratlar, siyasətçilər və digər rəsmi şəxslər iştirak edib.


    SON XƏBƏRLƏR

    23 Oktyabr 2025