• Bakı 18° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Tranzit diplomatiyası: Azərbaycan regionun gələcəyini dizayn edir

SİYASƏT

24 Oktyabr 2025 | 12:28

Tranzit diplomatiyası: Azərbaycan regionun gələcəyini dizayn edir

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanın sözlərinə görə, bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq qurulmuş sülhün institusionallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, həmçinin qeyd edib ki, Qazaxıstan taxılının ilk partiyası tezliklə Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana gətiriləcək. Sülh qurulub.

Azərbaycanla Ermənistan arasında yük tranziti ilə bağlı mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırması ölkəmizin iqtisadi və siyasi həyatı üçün nələr vəd edir?

Politoloq Taleh Əliyev Bakıvaxtı.az-a açıqlamasında bu sualı cavablandırıb.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında tranzit yüklərin daşınması ilə bağlı məhdudiyyətin götürülməsi ölkəmizdən daha çox hazırkı Ermənistan hakimiyyətinin qarşıdakı mərhələdə lehinə olacaq:

"Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək və seçkilərdə yarışan qüvvələr şərti olaraq iki yerə bölünəcək. Onlardan biri regionda dinc və yanaşı yaşamağın, iqtisadi inteqrasiyasının tərəfdarı olan hazırkı Nikol Paşinyan hakimiyyətidir, digəri isə regionun yenidən müharibə poliqonuna çevrilməsini istəyən, anti-Azərbaycan və anti-türk ritorikası ilə beyinləri zəhərlənmiş, dənizdən dənizə "Böyük Ermənistan" xülyası ilə yaşayan kilsə və parlament müxalifətidir. Onların işbirliyi Azərbaycanın, Ermənistanın və bütövlükdə Cənubi Qafqazın mraqlarına ziddir”.

Taleh Əliyev: Bu addım Ermənistana hava, su qədər lazımdır

Müsahibimiz hesab edir ki, Azərbaycan tərəfinin Ermənistanla münasibətləri normallaşdırması, əsası Azərbaycan tərəfindən qoyulan regional inteqrasiya və Orta Dəhlizin bir istiqaməti olan Zəngəzur marşrutunun istifadəyə verilməsi ilə bölgədə digər dövlətlərin əlində alətə çevrilərək, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən zehniyyətlərin hakmiyyətə gəlməməsi üçün çox doğru addımdır".

T.Əliyev hesab edir ki, bu addım Ermənistana hava, su qədər lazımdır. Eyni zamanda bu addım Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa "Azərbaycandan Azərbaycana" prinsipi ilə dəmiryol və avtomobil magistralının açılmasına, o cümlədən digər kommunikasiya xəttlərinin işə düşməsinə təkan verəcək.

"Bundan başqa, Qərb və Şərq istiqamətində yeni marştrut xətti olacaq. Bu isə Azərbaycanla Türkiyə arasında əlaqələrin və inteqrasiyanın dərinləşməsi baxımından çox əhəmiyyətli addım kimi qiymətləndirilə bilər", - deyə Taleh Əliyev əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

23 Oktyabr 2025