"Ford Motors" şirkəti ABŞ-də 115 min 54 avtomobili sükan çarxında nöqsana görə geri çağırır.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarəsi məlumat yayıb.
Məlumata görə, idarəetmənin itirilməsinə səbəb ola biləcək problem buraxılış ili 2020-2021-ci illər olan avtomobillərdə, xüsusilə F-250, F-350 və F-450 modellərində aşkarlanıb.
"Ford" dilerləri qüsurlu komponentin pulsuz yoxlanılmasını, təmir edilməsini və ya dəyişdirilməsini təmin edəcək.