• Bakı 18° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Ərdoğan Türkiyə-Şimali Kipr münasibətlərinin gələcəyindən danışdı

DÜNYA

24 Oktyabr 2025 | 12:33

Ərdoğan Türkiyə-Şimali Kipr münasibətlərinin gələcəyindən danışdı

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Şimali Kipr münasibətlərinin gələcəyindən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan Körfəz ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib ki, Şimali Kiprlə münasibətlər Ədalət və İnkişaf Partiyasının iqtidarı dövründə necə idisə, bundan sonra da elə qalacaq.

    O, Şimali Kiprdə keçirilmiş prezident seçkilərini vacib adlandırıb və əlavə edib ki, Kipr türklərinin iradəsinə hörmətlə yanaşılır:

    “Biz onları bu münasibətlə təbrik etdik. Şimali Kiprə yatırdığımız investisiyaları boş yerə etməmişik. Seçkilər baş tutdu və demokratiyaya inanan bir lider olaraq qalib namizədi telefonla təbrik etdik. İnşallah, həftənin sonuna qədər Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasındakı münasibətləri ətraflı müzakirə edəcəyik”.


    SON XƏBƏRLƏR

    23 Oktyabr 2025