• Bakı 15° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Daşqın və sürüşmələr Vyetnamı cənginə alıb: 90 ölü

DÜNYA

23 Noyabr 2025 | 09:22

Daşqın və sürüşmələr Vyetnamı cənginə alıb: 90 ölü

Vyetnamın mərkəzində güclü leysan yağışların səbəb olduğu kütləvi daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 90 nəfərə yüksəlib, 12 nəfər isə hələ də itkin düşmüş sayılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi yanında Anbarların İdarə Edilməsi və Fəlakətlərin Qarşısının Alınması Departamenti məlumat yayıb.

Son bir həftədir davam edən güclü yağışlar ən çox Dak Lak, Khanh Hoa, Gia Lai və Lam Donq əyalətlərini vurub. 1100-dən çox ev, məktəb və inzibati bina dağılıb və ya zədələnib, təxminən 200 min ev su altında qalıb. Daşqınlar respublika magistrallarının 24 hissəsinə ciddi ziyan vuraraq yolları yararsız hala salıb və ölkənin mərkəzi regionu ilə digər ərazilər arasında avtomobil və dəmir yolu əlaqələrini ciddi şəkildə pozub.

Təbii fəlakət mərkəzi Vyetnamda böyük iqtisadi itkilərə səbəb olub: 80 min hektar əkin sahəsi və 100 min hektardan çox meyvə plantasiyası məhv olub, 3,5 milyon baş mal-qara və quş tələf olub. Rəsmi məlumatlara görə, fəlakətin ümumi iqtisadi təsiri 341 milyon dolları ötüb.

Hökumət nəticələrin operativ aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və ziyanın minimuma endirilməsi üçün genişmiqyaslı tədbirləri davam etdirir.


SON XƏBƏRLƏR

22 Noyabr 2025