• Bakı 16° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Makronun Fransada reytinqləri aşağı düşməkdə davam edir

DÜNYA

23 Noyabr 2025 | 10:57

Makronun Fransada reytinqləri aşağı düşməkdə davam edir

 Fransa prezidenti Emmanuel Makronun Ukraynadakı münaqişə ilə bağlı mövqeyi Fransa cəmiyyətindəki nüfuzuna zərbə vurur. 

Bakıvaxtı.az "Le Journal du Dimanche" qəzetinə istinadən xəbər verir ki, bu, Fransa İctimai Rəy İnstitutunun (IFOP) keçirdiyi sorğunun nəticəsində yer alıb.

Qəzetin yazdığına görə, Makronun Ukraynaya qarşı sərt mövqeyi, döyüşkən tonu və qoşun göndərmək eyhamları təkrar ittihamları gücləndirir. Ölkənin daxili təhlükəsizliyi məsələsi Makron üçün problem olaraq qalır.

IFOP sorğusuna əsasən, respondentlərin 16%-i Makronun prezident kimi fəaliyyətindən razıdır, 84%-i isə onun fəaliyyətini mənfi qiymətləndirir. Narazıların ümumi nisbəti oktyabrda keçirilən sorğu ilə müqayisədə dəyişməz qalıb.

Sorğuda iştirak edənlərin çoxu onu ölkədəki dərin siyasi böhranda, eləcə də ağır iqtisadi vəziyyətdə günahlandırır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

22 Noyabr 2025