• Bakı 15° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Argentinanın müdafiə naziri 1983-cü ildən bəri ilk dəfə hərbçi olacaq

DÜNYA

23 Noyabr 2025 | 09:49

Argentinanın müdafiə naziri 1983-cü ildən bəri ilk dəfə hərbçi olacaq

General-leytenant Karlos Alberto Presti Argentinanın yeni müdafiə naziri olacaq.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə o, ölkədə demokratiyanın bərpasından (1983) sonra bu vəzifəni tutan ilk hərbi zabit olacaq.

Bu barədə ölkənin Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Prezident Administrasiyası vurğulayıb ki, Presti 1976-cı il çevrilişi nəticəsində qurulan hərbi rejimdən sonra demokratiyanın bərpasından bu yana nazirlik postuna təyin olunan ilk hərbçidir: “Bu, siyasi isteblişmentin davam edəcəyinə ümid etdiyimiz yeni bir ənənənin başlanğıcıdır”.

Hazırkı müdafiə naziri Luis Petri parlament üzvü seçildiyi üçün vəzifəsini tərk edəcək və dekabrın 10-da yeni mandatının icrasına başlayacaq. Eyni zamanda senator seçilən təhlükəsizlik naziri Patrisiya Bullriç də istefa verəcək. Onun yerinə nazir müavini Alejandra Monteoliva təyin ediləcək.


SON XƏBƏRLƏR

22 Noyabr 2025