Türkiyə Qəzzada atəşkəsin qorunmasını əsas prioritet hesab edir.
Bakıvaxtı.az xəbər verir ki, BMT-də çıxış edən Türkiyənin daimi nümayəndəsi müavini Aslı Güvən atəşkəsin tam və dərhal həyata keçirilməsinə çağırıb.
Türkiyə həmçinin bölgəyə humanitar yardım göndərir və dağıntıların təmizlənməsi işlərinə dəstək göstərir.
Güvən İsrailin Fələstin torpaqlarındakı fəaliyyətlərinin beynəlxalq hüquqa uyğun olmadığını vurğulayıb.
Əli Hüseynov
Bakı 

