Türkiyə olaraq Qəzzada atəşkəsi təmin etmək üçün əlimizdən gələni edirik.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, HAMAS atəşkəsə əməl edir və hətta bu məsələdə qətiyyətini açıq şəkildə ifadə edib: “Lakin İsrail atəşkəsi pozmağa davam edir. Beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ İsrailin atəşkəsə və razılaşmaya tam əməl etməsini təmin etmək üçün daha çox səy göstərməlidir. Bu prosesdə İsrailə kifayət qədər diplomatik təzyiqin edilməsi vacibdir”.
Bakı 


