Hindistanın cənubunda yerləşən Andhra Pradeş ştatında turist avtobusunda yanğın olub.
Bakıvaxtı.az “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, Heydərabaddan Banqalor şəhərinə hərəkət edən, içərisində 44 sərnişin olan avtobus magistral yolda motosikletlə toqquşub.
Zərbənin təsirindən avtobus alışıb, alov sürətlə salona yayılıb.
Nəticədə 20 nəfər yanğında ölüb.
Qəza baş verən an sərnişinlərin əksəriyyəti yatılı olub.
Onlardan bəziləri avtobusun şüşələrini sındıraraq xilas ola bilib.
Lakin alov sürətlə salona yayıldığından faciədən qaçmaq mümkün olmayıb.
Sərnişinlərin xilas edilməsinə yerli sakinlər də kömək ediblər.
Polis qəzanın səbəbləri ilə bağlı araşdırma başlayıb. İlkin ehtimallara görə, yanğınla nəticələnən qəzaya ehtiyatsızlıq və yanacaq sızması səbəb olub.
O da bildirilir ki, avtobus sürücüləri qəzadan dərhal sonra hadisə yerindən qaçıblar. Onların axtarışına başlanılıb.
Bakı 


