Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodomir Zelenski ilə görüşməyə hazırdır, lakin ciddi hazırlıq olmadan belə danışıqlar uğursuzluğa məhkumdur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Putin öz mövqeyini aydın şəkildə bildirib. O, görüşə hazırdır, lakin dəqiqləşdirib ki, mənası yalnız tərəflər ekspert səviyyəsində hazırlıq apardıqda olacaq. Bunsuz görüş daha çox PR aksiyasıdır, uğursuzluğa məhkumdur", - Peskov vurğulayıb.
O, həmçinin əlavə edib ki, Kiyev tənzimləmə üzrə danışıqlar çərçivəsində işçi qrupları yaratmaq istəyi göstərməyib.
Peskov həmçinin Kiyevin görüşü İsveçrədə və ya Avstriyada keçirmək təkliflərini tənqid edib, onları qəbulolunmaz variantlar adlandırıb və Volodimir Zelenskinin Moskvaya gəlməkdən imtina etməsinə təəccübünü bildirib.