• Bakı 20° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

FIFA referimiz Avropa çempionatının seçmə mərhələsində

İDMAN

24 Sentyabr 2025 | 13:20

FIFA referimiz Avropa çempionatının seçmə mərhələsində

Azərbaycanın FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 5-ci qrupda, oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq.

K.Umudlu oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.

Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.


SON XƏBƏRLƏR

23 Sentyabr 2025