Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoldaşlıq görüşünü keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, yığma Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.
Oyun Çimkənd şəhər stadionunda, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Matçı Özbəkistandan olan Gulşoda Saidkulova idarə edəcək.
Qeyd edək ki, tərəflər arasında ikinci oyun oktyabrın 27-də baş tutacaq.
Bakı 


