Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yeni tikinti ərazisində sayğac oğurluqları sakinləri qorxudur.
Bakıvaxtı.az-ın məlumatına görə, "Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, ərazidə yaxın zamanda "Günəşli İnşaat" MTK tərəfindən yeni binaların inşası nəzərdə tutulur. Sakinlər iddia edirlər ki, son günlər bu ərazidə diqqətçəkən hadisələr baş verib.
İddialarla bağlı "Günəşli İnşaat" MTK-dan bildirlib ki, Əhməd Mehbalıyev 5-7-9 ünvanında Bakı Şəhər İcra Hakimiyyətinin 2022-ci il 276 saylı sərəncamına əsasən, söküntü köçürülmə işlərinə başlanılıb. Ərazidə istifadəyə veriləcək binalardan birində artıq son tamamlanma işləri gedir. Sakinlərə onların mənzillərinin ümumi sahəsindən 20-30 faiz əlavə və qanunsuz aparılmış artırmaları da nəzərə alınmaqla təmirli mənzillər təklif edilir. 7 və 9-cu binalarda söküntü işlərinə başlanılması ilə bağlı ilkin razılaşma əldə olunub, 31 ailə köçürülüb. 4 ailə isə tikinti şirkəti ilə razılaşmadığına görə hazırda məsələ məhkəmə müstəvisindədir.
Ərazidə son günlər baş verən oğurluqlara gəlincə...
Ətraflı videomaterialda:
Bakı 


