• Bakı 17° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Gənc ofisiant bu şadlıq sarayında ölübmüş

HADİSƏ

24 Oktyabr 2025 | 13:05

Gənc ofisiant bu şadlıq sarayında ölübmüş

Ötən gün Bakıda 19 yaşlı oğlanın meyitinin tapılması ilə bağlı məlumat vermişdik.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə “Şərq Saray” şadlıq sarayında qeydə alınıb.

Mərhum Nurlan Əliyevin vəfat edənə qədər Nizami rayonunun Nəsimi küçəsində yerləşən həmin restoranda ofisiant işlədiyi bildirilir. Hadisə də iş yerində qeydə alınıb, onun meyiti asılmış vəziyyətdə aşkarlanıb.

“Şərq Saray”dan saytımıza bildirildi ki, hadisənin adıçəkilən sarayda baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bu, son günlərdə eyni restoranda baş verən ikinci hadisədir. Elə bu ayın əvvəli də orada 36 yaşlı kişi pilləkənlərdən yıxılıb ölmüşdü.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025