Sumqayıt şəhəri ilin sonunadək 100 ədəd sıxılmış təbii qaz (CNG) və elektriklə işləyən avtobusla təmin ediləcək.
Bakıvaxtı.az bu barədə mənbədən məlumat əldə edib.
Bildirilib ki, yeni nəqliyyat vasitələrinin istifadəyə verilməsi şəhərin ictimai nəqliyyat sisteminin yenilənməsi və ekoloji təmiz nəqliyyatın təşviqi məqsədi daşıyır.
Bununla yanaşı, gələn ilin yanvar ayından etibarən Sumqayıtda kart sistemi tətbiq olunacaq. Yeni sistem sərnişinlərin rahat ödəniş etməsini və gediş haqqı prosesinin şəffaflığını təmin edəcək.
Yeni avtobuslarda gediş haqqının 60 qəpik olacağı bildirilib. Bu dəyişikliklə şəhər ictimai nəqliyyatında həm müasirlik, həm də sərnişin rahatlığının artırılması hədəflənir.
Əli Hüseynov
Bakı 


