• Bakı 18° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Bank tətbiqlərindən istifadə edənlərin 82%-i “Birbank”ı, 39%-i “ABB Mobile”ı seçir

İQTİSADİYYAT

24 Oktyabr 2025 | 12:53

Bank tətbiqlərindən istifadə edənlərin 82%-i “Birbank”ı, 39%-i “ABB Mobile”ı seçir

“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırmanın nəticələrinə görə, “Birbank” 82%-lik göstərici ilə bank mobil tətbiqləri bazarında lider mövqedədir.

Bakıvaxtı.az-ın GDP-yə istinadən  xəbərinə görə, araşdırmada qeyd olunur ki, “Birbank”ı 39%-lə “ABB Mobile”, 28%-lə isə “LeoBank” izləyir. Nəticələr göstərir ki, rəqəmsal bank xidmətləri sahəsində rəqabət artsa da, “Birbank” istifadəçi payı baxımından açıq fərqlə birinci yerdə qərarlaşıb.

Ümumilikdə, bank tətbiqlərindən istifadə edənlərin payı mobil operatorların tətbiqlərindən istifadə edənlərlə müqayisədə 10% çoxdur — müvafiq olaraq 83%-ə qarşı 73%. təşkil edir.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025