• Bakı 18° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu 4 investisiya müraciətini nəzərdən keçirib

SİYASƏT

24 Oktyabr 2025 | 14:24

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu 4 investisiya müraciətini nəzərdən keçirib

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun (AKDF) nizamnamə kapitalının 25 milyon ABŞ dollarından 100 milyon ABŞ dollarına çatdırılması üçün işlər görülür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sənaye, elm, texnologiya və innovasiya nazirlərinin 2-ci Toplantısı çərçivəsində jurnalistlərə bildirib.

O, vurğulayıb ki, Fond aktiv fəaliyyət göstərir, 4 investisiya müraciətini nəzərdən keçirib və ilkin təsdiq verib.

Nazir iş adamlarını, Azərbaycan-Qırğızıstan birgə müəssisələrini və investorları AKDF-ni nəzərdən keçirməyə çağırıb: "Fondun Qırğızıstanda, Azərbaycanda və yaxud 3-cü ölkələrdə planlaşdırılan investisiya layihələrinin maliyyələşdirilməsi nəzərdən keçirilə bilər".


SON XƏBƏRLƏR