• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

"Qarabağ" - "Ayaks" oyunu təxirə salınır? - AÇILQMA

İDMAN

10 Dekabr 2025 | 19:55

Qarabağ - Ayaks oyunu təxirə salınır? - AÇILQMA

Xəbər verdiyimiz kimi, bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” – “Ayaks” oyunu start götürəcək. Lakin Bakıda hökm sürən yağışlı hava səbəbindən oyunun təxirə salınacağı ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az  xəbər verir ki, Globalinfo.az məsələni dəqiqləşdirmək üçün “Qarabağ” FK ilə əlaqə saxlayıb.

Klub iddiaları təkzib edib:

“Oyun təxirə salınmır, hər şey qaydasındadır. Hazırda stadiondayıq. Bu, adi yağışdır”.


SON XƏBƏRLƏR