• Bakı 10° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Bu ərazilərdə işıq olmayacaq

CƏMİYYƏT

11 Dekabr 2025 | 10:40

Bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq Masazır ehtiyat xəttində 11 dekabr tarixində təmir işləri aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırdalan şəhəri Şıxəli Qurbanov, Kənd Xırdalan, Narlıq adlanan yaşayış ərazisi, Mazasır qəsəbəsi Sarı Aşıq və Qaçaq Nəbi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

10 Dekabr 2025