"Oyundan çox razı qaldım. Məğlub olsaq da, azarkeşlər üçün əsl futbol oldu. Azarkeşlərimin hər birinə, futbolçularıma təşəkkür edirəm".
Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayaks"la oyundan sonra verdiyi ilk açıqlamada deyib.
"Bəsit qollar buraxdıq. Qapıya gedən hər zərbə qol oldu. Hər halda Çempionlar Liqasıdır. Oyundan əvvəl də komandanın bütün oyunlarına baxmışdım. Topa sahib olmaları bir daha göstərdi ki, topla nə cür davranmaq lazımdır. Mən futbolçularımdan çox razı qaldım. Baxmayaraq ki, uduzduq, məncə, bu gün biz çox şey qazandıq", - deyə Qurbanov qeyd edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bakı 



