Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin qayıdışı məsələsinin müzakirə edilməməsini təklif edib.
Bakıvaxtı.az armenpress-ə istinadən xəbər verir ki, o, Almaniyada jurnalistlərlə söhbətində bu məsələlərin həlli üçün Bakıya birgə yol xəritəsi hazırlamağı təklif etdiyini bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan-Aİ strateji gündəliyində “Azərbaycanın hərbi əməliyyatlarından sonra qaçqın vəziyyətinə düşmüş Qarabağ erməniləri” ifadəsinin yer alması rəsmi Bakının etirazına səbəb olub.
Baş nazir Qarabağa qayıdış mövzusunun real olmadığını və bu məsələnin yenidən "Qarabağ hərəkatı"nı alovlandıra biləcəyini vurğulayıb.
Əli Hüseynov
Bakı 



