• Bakı 10° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ

SİYASƏT

11 Dekabr 2025 | 09:22

Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ

Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, N.Səfərovu dekabrın 9-u polis əməkdaşları saxlayıb.

O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR

10 Dekabr 2025