• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

“Qarabağ” “Ayaks”a qarşı - Start heyətlər

İDMAN

10 Dekabr 2025 | 20:47

“Qarabağ” “Ayaks”a qarşı - Start heyətlər

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, təmsilçimiz Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Hazırda turnir cədvəlində “Qarabağ” 7 xalla 19-cu, xalı olmayan “Ayaks” isə sonuncu - 36-cıdır.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.

10 dekabr

UEFA Çempionlar Liqası, VI tur

Saat 21:45, “Qarabağ” - “Ayaks”.

Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya).

***

Komandaların start heyətləri bəlli olub.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

Baş məşqçi: Qurban Qurbanov

“Ayaks”: Vitezslav Yaroş, Aron Bauman, Yuri Bas, Lukas Rosa, Anton Qoei, Şon Styor, Jorti Mokio, Ko İtakura, Raul Moro, Kasper Dolberq, Oskar Qlux.

Baş məşqçi: Fred Qrim

 


SON XƏBƏRLƏR