• Bakı 10° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlandı

CƏMİYYƏT

11 Dekabr 2025 | 11:11

Yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlandı

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib.

"Pasiyentin vəziyyəti stabil-ağır olaraq qalır. Xəstənin müalicə tədbirləri planlı şəkildə davam etdirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


SON XƏBƏRLƏR

10 Dekabr 2025