• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Azərbaycanda özəl data mərkəzi yaradılacaq

CƏMİYYƏT

10 Dekabr 2025 | 19:08

Azərbaycanda özəl data mərkəzi yaradılacaq

Azərbaycanda dövlət−özəl tərəfdaşlığı əsasında özəl data mərkəzlərinin yaradılması sahəsində təşviqedici mexanizmlərin formalaşdırılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.
Sənədə əsasən, 2026-2028-ci illərdə özəl data mərkəzinin yaradılması üçün tədqiqatlar aparılacaq. Eyni zamanda, özəl data mərkəzinin yaradılması üçün 3 təşviq mexanizminin hazırlanması, azı 2 data mərkəzinin istismara verilməsi və müvafiq sahəyə cəlb edilən investisiyaların davamlı artırılması planlaşdırılır.

Nəticədə Azərbaycanda beynəlxalq standartlara uyğun 2-dən çox data mərkəzi fəaliyyət göstərəcək.


SON XƏBƏRLƏR